İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi yarandı PDF faylını al Çap E-poçt
Yazan vahid   
27.08.07 03:50

 

 

 

Iranda Azərbaycanlıların milli və mədəni haqları uğrunda mübarizə aparan fəallara qarşı təzyiqlər hər gün artmaqdadır. 2006-cı ilin may qiyamından sonra həbs olunan fəallar hələ də İran məhbəslərində ikən, İran hökuməti dinc və mədəni mübarizə aparan Azəbaycanlılara qarşı yeni həbs dalğasına başlayıb.

Beynəlxalq Əfv (Amnesty International) təşkilatı və başqa insan haqlarını müdafiə mərkəzlərinin vicdan məhbusu elan etdiyi onlarla fəal İran zindanlarında ruhi və fiziki işgəncələrə məruz qalır, onların vəkillə təmin olunma və digər məhbus hüquqları pozulur, ailələri təhdidlərlə üzləşir.

 

İranda Azərbaycanlı məhbusların haqlarının müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər və ziyalılar İran zindanlarında Azərbaycanlı fəallara verilən işgəncələrə qarşı beynəlxalq ictimaiyyətin etirazını səfərbər etmək üçün fövqəladə komitə - İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi - yaratmaq barədə qərar qəbul ediblər.

 

Komitə üzvləri hal-hazırda Tehranın Evin zindanında saxlanılan Səid Mətinpur, Cəlil Qənilu, Saleh Kamrani, Abdulla Abbasi Cavan, üç aydan artıqdır ki, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Behruz Səfəri, son günlərdə Zəncan şəhərində həbs olunan Əlirza Mətinpur və Leyla Heydəri (Behruz Səfərinin həyat yoldaşı), Urmiyə zindanında saxlanılan Elyaz Yekənli və Hadi Həmidi Şəfiq, Təbriz zindanında saxlanılan Əmir Abbas Bənayi Kazımi, Ərdəbildə məhbus olan Abbas Lisani, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Şahnaz Qulami, eləcə də İranın digər həbsxanalarında saxlanan onlarla məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir, media, insan haqlarını müdafiə təşkilatları və işgəncə əleyhinə mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı etiraz səsini ucaltmağa çağırır.

 

Komitə İran hökumətini adı çəkilən məhbusların İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbsinə son qoymağa çağırır.

 

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi son Azərbaycanlı fəal İran zindanlarından azad edilməyənə kimi işini davam etdirəcək.

 

Komitənin yaranması üzrə Təşəbbüs Qrupu İranda Azərbaycanlı məhbusların işgəncəyə məruz qalması əleyhinə etirazını bildirən istənilən qrup və şəxslərin komitəyə dəstəyini alqışlayır.

 

Axtar

Son Videolar

Azərbaycan Hərəkati

Dərs ilinin Başlanğıcı

News image

Mehr ayının biri-sentyabrın 23-ü İranda təhsil ilinin ilk günüdür. son illərdə Irandakı azərbaycanlı...

Read more

2006-cı il May nümayişləri

News image

2006-cı il mayın 16-da rəsmi dövlət qəzeti olan gündəlik İran nəşri Azərbaycanlıları tarakan kimi ...

Read more