| Təbrizdə Musəvini gül-çiçək və etirazla qarşılayıblar |
|
|
|
| Yazan vahid |
| 06.02.10 06:32 |
|
Mayın 25-də İran prezidentliyinə namizəd Mirhüseyn Musəvini Təbrizdə kimiləri gül-çiçəklə qarşılayıb, kimiləri etiraz aksiyası ilə.
Təbriz stadionundakı aksiyada həbs olunanların sayını dəqiqləşdirmək üçün Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası da iş aparır. Təşkilatın sözçüsü Yaşar Həkkakpurun sözlərinə görə, mayın 20-dən İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda həbs olunanların kimliyini müəyyənləşdirmək çətindir. Hələ ki, 15 nəfərin adları dəqiqləşdirilib. Amma onların sayı daha artıqdır. Bundan əlavə, aksiyalarda hazırlıqda şübhəli bilinən fəallar da həbs olunur. Həkkakpurun sözlərinə görə, Təbrizdəki son aksiyadan əvvəl 5 qardaş - Əli, İrəc, Rəsul, Qulam və Nasir Bədəlilər öz evlərindəcə həbs olunublar. |





