| ADAPP aylıq Hesabatı - Oktyabir 2008 -ci il |
|
|
|
| Yazan Administrator |
| 07.11.08 04:24 |
|
Tehranda iftar mərasimində tutulmuş Azərbaycanlı mədəni fəalların durumu Noyabrın 8-də azərbaycanlı fəallardan dördü – nəşri dayandırılmış «Dilmac» dərgisinin baş redaktoru Əlirza Sərrafi, «Yarpaq» və «Varlıq» jurnallarının əməkdaşı, yazıçı Həsən Raşidi, «Yaşmaq» ədəbi dərgisinin baş yazarı Səid Məhəmmədi (Muğanlı) və mədəni fəal Mehdi Nəimi 50 milyon tümənlik ağır girov müqabilində Evin zindanından azad edilmişlər. Bununla belə həmin azərbaycanlı hüquq fəalları «milli təhlükəsizlik əleyhinə toplaşma və əlbirlik» ittihamı ilə məhkəmə istintaqı altındadırlar. müddətində onlar etiraflarda bulunmaq üçün təzyiqlərə məruz qalmış və dindirmələr onlara elan edilən ittiham ətrafında aparılmamışdır. Onlar demək olar ki, bütün həbs müddətini Evin zindanının Təhlükəsizlik Nazirliyi tərəfindən idarə edilən 209-cu korpusunda təkadamlıq kameralarda saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Həbsdə olduqları dövrdə onlara vəkil tutmağa icazə verilməmiş və onlar bir aydan da artıq müddətdə ailə üzvləri ilə görüşdən məhrum edilmişlər. Bu şəxslər həbsdə saxlanmalarına və onlarla qanunsuz davranışa etiraz əlaməti olaraq, 11 gün ərzində aclıq aksiyası keçirmişlər. Ağır şərait nəticəsində onların sağlamlığı təhlükəyə düşmüşdür və hazırda onlar həkim nəzarəti altındadırlar. Sentyabrın 10-da təhlükəsizlik məmurları Tehrandakı bir evdə iftar mərasiminə toplaşmış 19 azərbaycanlını – jurnalist, universitet müəllimi və şairi – həbs etdilər. Azərbaycanın tanınmış siyasi məhbuslarından Abbas Lisaninin həyat yoldaşı və uşaqları da onların arasında idi. Onlardan bəziləri, o cümlədən, Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadə və onun üç uşağı, Əkrəm Nəccari, Rübab Əzimi və Fərhad Rzayi 9 saatdan sonra azad edildilər. Sentyabrın 14-də Yusif Huşyar,Şahbaz İbrahimzadə və Məhəmməd Abbaspur azadlığa buraxıldılar. Oktyabrın əvvəllərində isə daha beş nəfər, cənablar Əkbər Azad, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Hüseyn Heydəri və Həsən Rəhimi50 milyon tümənlik (50000 $) girov müqabilində Tehrandakı Evin zindanının 209-cu korpusundan azad olundular. Onların hamısı azadlığa çıxdıqdan sonra bildirmişlər ki, həbs olunmalarının ardınca özlərinin əsas hüquqlarından məhrum edilmiş və demək olar ki, bütün həbs müddətində Evin zindanının 209-cu korpusundakı təkadamlıq kameralarda fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Həbs olunmuş kimlikçi azərbaycanlı tələbələrin vəziyyəti Nəhayət, oktyabrın 28-də Təbriz universitetinin yeddi və İsfahan universitetinin bir tələbəsi girov müqabilində müvəqqəti olaraq, Təbriz həbsxanasından azadlığa buraxıldılar. İyunun 17-də Təbriz universitetinin qarşısında tutulmuş Səccad Radmehr, Aydın Xacei və Fəraz Zehtab avqustun 13-də həbs olunmuş Əmir Mərdani, avqustun 31-dən həbsdə saxlanan Məcid Makuyizadə və sentyabrın 30-da həbs edilmiş Ehsan Nəcəfi ilə birlikdə 50 milyon tümənlik girov müqabilində, həmçinin Təbriz universitetinin avqustun 20-də həbs olunmuş daha iki fəal tələbəsi Mənsur Əminiyan vəMaqsud Əhdi 20 milyon tümənlik girovla Təbriz zindanından azad edilmişlər. Bu azərbaycanlı tələbə hərəkatı fəallarının həbs olunmasının ardınca onların evlərində axtarış aparılmış və onlara məxsus kompüterlər, CD-lər, sənədlər və kitablar müsadirə edilmişdir. Sentyabrın 30-də həbs olunmuş Nəcəfi istisna edilməklə, qalanları üç ay müddətində məhkəməsiz və ittiham elan olunmadan Təbriz Təhlükəsizlik İdarəsinin kamerasında saxlanaraq, təzyiqlərə və sorğu-suala məruz qalmış, vəkil tutmaq və görüş hüququndan məhrum edilmişlər. Bu tələbələrin ailə üzvlərinin söylədiyinə görə, «Təhlükəsizlik Nazirliyinin kamerasında saxlandıqları müddətdə onlara işgəncə verilmiş, rəsmi orqanlar onları 24 saatlıq dindirməyə, yuxusuzluğa, döyülməyə, alçaltma və təhqirə məruz qoymuşlar». Bu şəxslərə «milli təhlükəsizliyə xələl gətirmək üçün qanunsuz dəstələr və qruplarda üzvlük» və «dövlət quruluşu əleyhinə təbliğat» kimi ittihamlar irəli sürülmüşdür. Həmin tələbələrin dostu, zabit Dariyuş Hatəminin azadlığa buraxılması da girov qoyulmasından sonrakı günlərə saxlanmışdır. O da iyunun 17-dən bəri müvəqqəti həbsdədir. Bu arada oktyabrın 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş Şəbüstər Azad universitetinin tələbəsiSəməd Mövlaqulu da 10 milyon tümənlik girov müqabilində azadlığa buraxılmışdır. Ona qarşı ölkə xaricindəki qruplarla internet əlaqəsi saxlamaq ittihamı irəli sürülmüşdür. Əhli-həqq məzhəbindən olan məhbusların durumu Əhli-həqq məzhəbindən olan və 5 ildən artıq bir müddətdə Urmiya zindanında məhkumluq çəkən məhbusların beş nəfəri – Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadulah Qasımzadə, Mehdi Qasımzadə və Yunis Ağayan işlərinə baxılması zamanı hüquqi prosedurların pozulmasına, həbsxana məmurlarının alçaldıcı davranışına, onların məzhəbini təhqir etməsinə etiraz əlaməti olaraq, cari ilin sentyabr ayının 15-dən etibarən aclıq aksiyasına başlamış və bu zaman sözügedən zindanın təkadamlıq kameralarına köçürülmüşlər. Buna baxmayaraq, adı çəkilən şəxslər aclığı davam etdirirlər və əvvəlki 25 günlük aclıqdan sonra onların həzm orqanlarında yaranmış xəstəliklər, eləcə də Urmiya zindanının rütubətli və qeyri-gigiyenik təkadamlıq kameralarında saxlanma nəticəsində onların fiziki durumu təhlükəli həddə çatmışdır. Belə ki, onlar bir neçə dəfə qan qusmuşlar və yarıhuşsuz haldadırlar. Azərbaycanlı mədəni fəal və siyasi məhbus Abbas Lisaninin vəziyyəti Azərbaycanın tanınmış mədəni fəalı Abbas Lisani oktyabrın 29-da çərşənbə günü 30 aylıq məhkumluq müddətini başa vurduqdan sonra Yəzd həbsxanasından azadlığa çıxmışdır. Azərbaycandakı 2006-cı ilin May etirazları ilə əlaqədar 18 ay Ərdəbil zindanında saxlanan Abbas Lisani dövlət quruluşu əleyhinə təbliğat ittihamı ilə doğma şəhərinin (Ərdəbilin) 112 kilometrliyində yerləşən Əhərdə 12 aylıq həbsdə olarkən, 2008-ci ilin fevral ayında qanunsuz şəkildə vətənindən 2000 kilometr məsafədə olan Yəzd mərkəzi həbsxanasına köçürülmüşdür. Bu mədəni fəal zindanda bir neçə dəfə təhlükəsizilik və həbsxana məmurlarının ayrı-seçkilik səciyyəli davranışına etiraz olaraq, aclıq etmiş və ona heç vaxt məzuniyyət icazəsi verilməmişdir. Oktyabrın 16-da Lisani Təhlükəsizlik Nazirliyinin Yəzd şöbəsinə köçürülmüş və 10 saat sorğu-suala tutulmuşdur. Ərdəbildən gəlmiş təhlükəsizlik məmurlarının da iştirak etdiyi həmin dindirmə zamanı ona zindandan azad olduqdan və Ərdəbilə qayıtdıqdan sonrakı planları barədə suallar verilmişdir. Bundan öncə isə Ərdəbil prokuroru və Təhlükəsizlik İdarəsi Lisaninin ailəsinə təzyiq etmişdir ki, Lisani gərək Yəzd zindanından azad olduqdan sonra farsların yaşadığı bir şəhərə köçsün; onlar hədələmişlər ki, əks təqdirdə Ərdəbildə və Azərbaycanın digər şəhərlərində hər hansı hadisə olduqda, biz onu həbs edəcəyik. Sentyabrın 10-da təhlükəsizlik məmurları Tehrandakı bir evdə iftar mərasiminə toplaşmış 19 azərbaycanlını – jurnalist, universitet müəllimi və şairi – həbs etmişdilər. Abbas Lisaninin həyat yoldaşı və uşaqları da onların arasında idi. Həbs olunmuş digər Azərbaycan mədəni fəallarının durumu Mötəbər qaynaqlardan alınan bilgilərə görə, Urmiya mərkəzi həbsxanasındakı azərbaycanlı siyasi və vicdan məhbusları daim həbsxana rəhbərliyi və təhlükəsizlik qurumlarının müxtəlif təzyiqlərinə məruz qalır və yararsız şəraitdə saxlanılırlar. Bahadurinin zindandakı şəraiti tam yararsızdır. Onlar həbs ediləndən bəri narkomanlar, cinayətkarlar və dələduzlarla bir yerdə, özü də gigiyenik baxımdın əlverişsiz şəraitdə saxlanılırlar, onlara ailə üzvləri müntəzəm görüşmək imkanı da verilmir. Bu fəallar Urmiyada Beynəlxalq Ana Dili Günü tədbirlərində iştirak etdiklərinə görə tutulmuş və məhkum edilmişlər. Ərdəbildə milli fəallardan Rəhim Hacızadə hələ də həbsdə saxlanmaqdadır. O, cari ilin sentyabr ayının 25-də Ərdəbil şəhər təhlükəsizlik quvvələri tərəfindən həbs edilmiş və üç gün Təhlükəsizlik İdarəsinin kamerasında saxlandıqdan sonra Ərdəbil mərkəzi həbsxanasının 7-ci korpusuna köçürülmüşdür. Ona qarşı quruluş əleyhinə təbliğat aparmaq və millətçiliyi yaymaq ittihamı irəli sürülmüşdür. Bu il avqustun 5-dən Urmiya həbsxanasında olan azərbaycanlı gənc şair və yazar İbrahim Rəşidi 5 aylıq məhkumluq müddətini başa vurduqdan sonra noyabrın 5-də çərşənbə günü azadlığa çıxmışdır. Rəşidi zindanda pis bir şəraitdə saxlanmış, ona hər hansı kitab və dərgi oxumaq qadağan edilmiş, həbsxana məmurları və təhlükəsizlik orqanları çeşidli təzyiqlər göstərmişlər. Nəhayət, Azərbaycan milli fəallarından Əbdülhüccət TarıverdiyanTəbrizdə «qanunsuz yığıncaqlarda iştirak yolu ilə ictimai asayişi pozmaq» ittihamına əsasən altı aylıq şərti həbs və 40 şallaq cəzasına məhkum edilmişdir. Əvvəllər məhkum olunmadığına görə, hakim bu hökmün icrasını 2 illiyə təxirə salmışdır. Tarıverdiyan 2008-ci il mayın 21-də Azərbaycandakı 2006-cı il May nümayişlərinin ikinci ildönümündə Təbrizdə tutulmuş və iki həftə müvəqqəti həbsdə saxlandıqdan sonra girov müqabilində azadlığa buraxılmışdı. |
| 07.01.10 06:12 ərzində olan dəyişikliklər |




