2006-cı il May nümayişləri PDF faylını al Çap E-poçt
Yazan Administrator   
07.01.07 07:30



2006-cı il mayın 16-da rəsmi dövlət qəzeti olan gündəlik İran nəşri Azərbaycanlıları tarakan kimi təsvir edən, və bu həşəratın kökünü kəsməyin on üsulunu öyrədən bir karikatura dərc etdi. Əsasən Azərbaycanlıların yaşadığı şimal-qərb bölgələrində yüz minlərlə adam karikaturaya, eləcə də dövlət tərəfindən onilliklər boyu məruz qaldıqları diskriminasiya və aşağılamaya etirazını bildirmək üçün nümayişlər keçirdi. Nümayişlərin dinc və nəzəri cəhətdən Konstitusiyaya uyğun olmasına (İran Konstitusiyasının 17-ci maddəsində deyilir ki “İslamın əsaslarının pozulması ilə müşayiət olunmayan silahsız mitinq və yürüşlər azad keçirilə bilər.) baxmayaraq, onlar zorla dağıdıldı. Nümayişlərin dağıdılması zamanı tətbiq olunan zorakılıq nəticəsində azı 27 nəfər öldürüldü və yüzlərlə adam yaralandı, çoxlu sayda adam həbsə atıldı. Həbs olunan fəalların bir çoxuna işgəncə verib, daha nümayiş etməkdə iştirak etməyəcəkləri və başqalarını etiraz aksiyalarında iştiraka çağırmayacaqları haqda iltizam imzalamağa məcbur etdilər. 2006-cı ilin mayından bəri Azərbaycanlı fəalların həbsi davam edib.

Səksən ildən çoxdur ki, Pəhləvi sülaləsi və İslam hakimiyyəti dövründə Azərbaycanlılar və İranın digər qeyri-fars etnik qrupları sistemli assimilyasiya siyasəti ilə üz-üzədir. Qeyri-fars İranlıların ən adi hüquqları pozulur. Qeyri-farsların İran əhalisinin əlli faizindən çoxunu təşkil etməsinə, habelə İran Konstitusiyasının milli hüquqları nəzərdə tutmasına baxmayaraq, onlar təmsilçilik və ana dilində təhsil hüququndan məhrumdurlar. Milli mədəni hüquqlar üçün mübarizə aparanların həbsi bu günədək davam edir.

07.01.10 08:08 ərzində olan dəyişikliklər
 

Axtar

Son Videolar

Azərbaycan Hərəkati

Dərs ilinin Başlanğıcı

News image

Mehr ayının biri-sentyabrın 23-ü İranda təhsil ilinin ilk günüdür. son illərdə Irandakı azərbaycanlı...

Read more

2006-cı il May nümayişləri

News image

2006-cı il mayın 16-da rəsmi dövlət qəzeti olan gündəlik İran nəşri Azərbaycanlıları tarakan kimi ...

Read more